Xankəndidə illər sonra ilk toy keçirildi - FOTOLAR

22 Sentyabr 2024 07:20 Hadisə 704
Xankəndidə illər sonra ilk toy keçirildi - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

Tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.

Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar.

Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”