Azərbaycanın tanınmış futbolçuları kursa yazıldı - FOTO

22 Sentyabr 2024 02:50 Hadisə 841
Azərbaycanın tanınmış futbolçuları kursa yazıldı - FOTO

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Sportinfo.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Kursda "Qəbələ"nin kapitanı Asif Məmmədov və bir müddət əvvəl karyerasını başa vurmuş Ağabala Ramazanov da iştirak edir.

Məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”