“Kadiyə təkliflər var idi, “Krasnodar” transferə razılıq vermədi”

4 Dekabr 2023 16:20 Hadisə 1 038
“Kadiyə təkliflər var idi, “Krasnodar” transferə razılıq vermədi”

Rusiya "Krasnodar"nının futbolçusu Kadinin qış transfer pəncərəsi zamanı klubu tərk etmək niyyəti yoxdur.

Sportinfo.az xəbər verir ki, bu barədə brazilyalı vingerin agenti Roberto Alisk Rusiya mətbuatına açıqlamasında bildirib.

Onun dediyinə görə, Kadi bütün matçlarda gücünü 100 faiz ortaya qoyur.

"Rusiya onun xoşuna gəlir və biz qışda yeni klub axtarmaq fikrində deyilik" - deyə Roberto Alisk bildirib.

Bu yaxınlarda Alisk Kadiyə görə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarından təklif aldıqlarını təsdiqləmişdi: “Kadiyə həqiqətən də təkliflər var idi. Amma “Krasnodar” transferə razılıq vermədi”.

Kadi 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız