Şeydayev Çempionlar Liqası oyunundan sonra kütləvi davada iştirak etdi

29 Noyabr 2023 23:20 Hadisə 844
Şeydayev Çempionlar Liqası oyunundan sonra kütləvi davada iştirak etdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Sportinfo.az xəbər verir ki, "Zhejiang" ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.

Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız