Xocavənddəki terrorda həlak olanların adları açıqlandı

19 Sentyabr 12:10 Hadisə 302
Xocavənddəki terrorda həlak olanların adları açıqlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xocavənddəki hadisə ilə bağlı məlumat yayıb.

Agentliyin minaya düşərək həlak olan əməkdaşlarının kimliyi məlum olub.

Məlumatda bildirilir ki, bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də agentliyə məxsus və sözügesən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb:

"Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu