“Football Conference Baku” bu il ikinci dəfə təşkil olunacaq - FOTOLAR

17:40 Hadisə 2 546
“Football Conference Baku” bu il ikinci dəfə təşkil olunacaq - FOTOLAR

“QOLAT Sport Service” şirkəti tərəfindən həyata keçirilən“Football Conference Baku” tədbiri bu il ikinci dəfə təşkil olunacaq.

Qısa müddətdə regionun diqqət çəkən futbol platformalarından birinə çevrilən konfrans həm yerli, həm də beynəlxalq səviyyədə futbol ictimaiyyətinin nümayəndələrini bir araya gətirəcək.

Konfransın əsas məqsədi Azərbaycanda və ümumilikdə regionda futbolun inkişafı mövzularının müzakirəsini artırmaq, bu sahədə müasir yanaşmaları təşviq etmək və beynəlxalq təcrübənin paylaşılması üçün əlverişli mühit yaratmaqdır.

Tədbir çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş futbol mütəxəssisləri, klub rəhbərləri və nümayəndələri, həmçinin futbol menecerləi və sahə üzrə peşəkarlar spiker qismində iştirak edərək öz bilik və təcrübələrini bölüşəcəklər.

Konfrans proqramına müxtəlif mövzuları əhatə eləyən panel müzakirələri daxil edilib.

Bu sessiyalarda futbol idarəçiliyi, klub strukturlarının inkişafı, oyunçu yetişdirilməsi, akademiya sistemləri, rəqəmsallaşma, media və kommunikasiya, eləcə də müasir futbolun qarşısında duran əsas çağırışlar geniş şəkildə müzakirə olunacaq.

Panel çıxışları iştirakçılar üçün həm nəzəri biliklərin artırılması, həm də praktik təcrübənin əldə olunması baxımından əhəmiyyətli rol oynayacaq.

Eyni zamanda, konfrans müxtəlif sahələr üzrə fəaliyyət göstərən iştirakçılar üçün şəbəkələşmə (networking) imkanları yaradacaq.

Bu isə yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və gələcək layihələrin formalaşmasına şərait yaradacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da “Football Conference Baku 2026” tədbirində tərəfdaş qismində çıxış edir.

AFFA-nın dəstəyi konfransın əhəmiyyətini daha da artırmaqla yanaşı, onun ölkə futbolunun inkişafına yönəlmiş strateji təşəbbüs kimi rolunu gücləndirir.

Gözlənilir ki, “Football Conference Baku 2026” həm məzmun, həm də iştirakçı baxımından daha geniş miqyas alaraq, regionda futbol sahəsində bilik və təcrübə mübadiləsinin əsas platformalarından birinə çevriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti