Laçında 2 küçənin lövhələrinin üzərindən örtüyü götürdü - Prezident

3 İyun 07:10 Hadisə 278
Laçında 2 küçənin lövhələrinin üzərindən örtüyü götürdü - Prezident

Laçın şəhərində Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışı olub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısına küçələrdə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq.

Zəngəzur küçəsinin uzunluğu 2142 metr, eni isə 10 metr təşkil edəcək.

Qeyd edilib ki, küçələrdə aparılacaq yenidənqurma işlərindən sonra burada zəruri infrastruktur yaradılacaq.

Dövlət başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.

Küçə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Laçın şəhərində inşa olunan kotteclərə baxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu