Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyuldu

28 May 2023 08:30 Hadisə 387
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyuldu

Mayın 27-də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev məhəllənin təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verilib.

Bildirildi ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlığı ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.

Prezident yaşayış məhəlləsinin təməlini qoyub.

Digər Xəbərlər
Xəbər Lenti