COP29

Azərbaycan Prezidenti Paşinyanın cavabını verdi - VİDEO

26 May 2023 07:30 Hadisə 528
Azərbaycan Prezidenti Paşinyanın cavabını verdi - VİDEO

Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib.

Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb.

Prezident İlham Əliyev isə bildirib ki, Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır.

Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!