Dördqat dünya çempionu həlak oldu - Ukrayna müharibəsində

31 Mart 2023 18:20 Hadisə 1 959
Dördqat dünya çempionu həlak oldu - Ukrayna müharibəsində

Ukraynanın kikboksinq üzrə dördqat dünya çempionu Vitali Merinov Müharibədə həlak olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İvano-Frankovsk şəhərinin meri Ruslan Martsinkiv yerli mətbuata açıqlama verib.

O bildirib ki, 33 yaşlı idmançı martın 30-dan 31-nə keçən gecə cəbhədə aldığı güllə yarasından sonra xəstəxanada dünyasını dəyişib.

Vitali Merinov müharibənin ilk günlərindən döyüş bölgəsinə yollanıb. O, hətta bir dəfə ayağından qəlpə yarası alıb. Sağaldıqdan sonra isə yenidən cəbhəyə qayıdıb.

Merinov universal döyüş növləri üzrə Ukrayna çempionu, həmçinin, boks üzrə idman ustası idi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO