“Qarabağ”ın sabiq qolçusu Kamilo Duran Şotlandiya Premyer Liqasında ikinci oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Qlazqo təmsilçisi 2-ci turda səfərdə “Kilmarnok”la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.
Kolumbiyalı vinger görüşə start heyətində başlayıb. O, 64-cü dəqiqədə Sebastian Tunekti ilə əvəzlənib.
“Seltik”in qollarını Kasper Höq (3), Benjamin Nüqren və Luk MakKouen vurublar. Komandasının 3-cü qolunun ötürməsini Duran verib.
Bu qələbədən sonra “Seltik” 2 oyundan 6 xalla turnir cədvəlinə başçılıq edir.
Kamilo Duran ilk turda “Dandi” ilə matçda da (1:0) əsas heyətdə meydana çıxmış və 78-ci dəqiqədə əvəzlənmişdi.
