"Rusiya üçün Ermənistan deyil, Azərbaycan önəmli ölkəyə çevrilib"

7 Fevral 2023 13:30 Hadisə 469
"Rusiya üçün Ermənistan deyil, Azərbaycan önəmli ölkəyə çevrilib"

Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində Azərbaycan Rusiya üçün regionda əsas müttəfiqə çevrilir.

O, bunu Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib.

“Rusiyanın Cənubi Qafqazda həmişə öz maraqları olub, var və məncə, olacaq. Bu maraqları həyata keçirmək üçün Rusiyaya tərəfdaş ölkələr lazımdır.

Son vaxtlara qədər Ermənistan ənənəvi olaraq Rusiyanın regionda ən etibarlı tərəfdaşı idi”, - deyə, müxalifət lideri bildirib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları nəzərə alınsa, görmək olar ki, Rusiya üçün artıq Ermənistan deyil, Azərbaycan regionda önəmli ölkəyə çevrilib.

“Rusiya regionu tərk edə bilməz və indiki şəraitdə Azərbaycan onun müstəsna tərəfdaşına çevrilir. Bu kontekstdə Rusiya tərəfi bölgədə siyasətini İrəvanın yox, Bakının maraqlarını nəzərə alaraq quracaq”, – deyə, Qazaryan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti