Ronaldo “Əl-Nəsr”də ilk qolunu 90+3-cü dəqiqədə vurdu - VİDEO

4 Fevral 2023 10:00 Hadisə 638
Ronaldo “Əl-Nəsr”də ilk qolunu 90+3-cü dəqiqədə vurdu  - VİDEO

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunlarda ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, o, çempionatın 15-ci turunda “Əl-Fateh”lə matçda (2:2) penaltidən fərqlənib.

Strat heyətdə meydana daxil olan və sona kimi oynayan 37 yaşlı hücumçu 90+3-cü dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Bu nəticədən sonra “Əl-Nəsr” 34 xalla 1-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti