AFFA hakimə hücum çəkən legionerə yüngül cəza verdi - VİDEO

3 Fevral 2023 19:20 Hadisə 568
AFFA hakimə hücum çəkən legionerə yüngül cəza verdi - VİDEO

AFFA İntizam Komitəsi "Qəbələ"nin müdafiəçisi Ruan Renato və "Zirə"nin yeni transferi Donald Geryeni 1 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna sözügedən futbolçuların müvafiq olaraq "Sabah" və "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçlarındakı davranışları səbəb olub.

Hər iki legioner qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqları üçün sanksiya ilə üzləşiblər. Onlar eyni zamanda öz klublarını 200 manat ziyana salıblar.

Bundan başqa, "Qəbələ" 4, "Sabah" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə ayrılıq 800 manat cərimələnib.

Analoji cərimə "Sumqayıt"la matçda 4 futbolçusu xəbərdarlıq alan "Turan Tovuz" və "Kəpəz"lə qarşılaşmada eyni sayda oyunçusu sarı vərəqə görən "Səbail"ə tətbiq olunub.

Həmçinin, "ASCO Arena"dakı oyunda meydan sahibləri xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub əlavə 800 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"