“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”

6 Dekabr 2022 12:30 Hadisə 277
“Azərbaycan Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”

“Azərbaycan Dağlıq Qarabağı (Qarabağ - red.) Ermənistanın cənub hissəsi ilə birləşdirən Laçın dəhlizinin bağlanması üçün zəmin hazırlayır”.

Bunu Moskvada KTMT Parlament Assambleyasının plenar iclasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Ermənistan rəsmisi yenə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələr işlədib. Onun sözlərinə görə, “rəsmi İrəvanın qarşısında Dağlıq Qarabağ əhalisini qorumaq vəzifəsi” var.

“Azərbaycan bəyan etməyə başladı ki, Dağlıq Qarabağ problemi artıq mövcud deyil. Bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyi Rusiya sülhməramlılarından Dağlıq Qarabağ adından və erməni toponimlərindən istifadə etməməyi tələb edib”, - deyə Alen Simonyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti