“Gördüm, pul qazanmaq adıyla fırıldağa əl atmaq istəyir, ondan uzaqlaşdım”

30 Noyabr 2022 22:20 Hadisə 1 268
“Gördüm, pul qazanmaq adıyla fırıldağa əl atmaq istəyir, ondan uzaqlaşdım”

Azərbaycan yığmasının və “Neftçi”nin sabiq hücumçusu Ruslan Qurbanov Bakıda bizneslə məşğul olmaq fikrindən danışıb.

Bu barədə Sportinfo.az-a keçmiş forvardın özü bildirib.

O, deyib: “Tanış adamla belə bir planımız var idi. Gördüm, obyekt açıb pul qazanmaq adı altında fırıldağa əl atmaq istəyir. Tez ayıldım və ondan uzaqlaşdım”.

Bir vaxtlar Ruslan Qurbanov Azərbaycanın ən istedadlı və yüksək qazanclı futbolçularından hesab olunurdu.

Əslən Stavropoldan olsa da, 18 yaşında “Neftçi”yə gəlmiş, əsasən bu komandada parlamış, milliyə dəvət almış, ölkə reallığında kifayət qədər yaxşı məbləğı “Qəbələ”yə transfer olunmuş, bu komanda ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmişdi.

Lakin klubları əlcək kimi dəyişməsi (“Şamaxı”, “Sumqayıt”, “Zirə”) yekunda Azərbaycanı Belarusa dəyişməsi ilə nəticələndi. Bu gün isə klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda