Azərbaycanda iki kluba lazım oldu, Qriqorçukun yanına getdi

30 Sentyabr 2022 23:20 Hadisə 808
Azərbaycanda iki kluba lazım oldu, Qriqorçukun yanına getdi

"Səbail" və "Sabah"ın keçmiş legioneri Kevin Kubembanın yeni klubunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Ukrayna "Çernomorets"ində davam etdirəcək.

Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kluba azad agent kimi transfer olunan konqolu forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Kevin Kubemba 2018-2019-cu illərdə "Səbail"də, 2019 - 2021-ci illərdə isə "Sabah"da oynayıb.

Hazırda "Çernomorets"i "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti