Seçim çox, rəqib çox - Braziliya millisinin 2 heyəti var

22 Sentyabr 01:40 Hadisə 317
Seçim çox, rəqib çox - Braziliya millisinin 2 heyəti var

Braziliya millisi sentyabr ayında Fransada keçirəcəyi oyunlara hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, braziliyalıların baş məşqçisi Tite “Real”ın mərkəz müdafiəçisi Eder Militaonu müdafiənin cinahında oynadacaq.

Alisson Bekker, Markinyos, Tyaqo Silva, Aleks Telles, Kazemiro, Paketa, Neymar, Vinisius Junior, Rafinya, Riçarlison millinin əsas heyətində olacaq.

Baş məşqçi ikinci heyətdə Ederson, Danilo, İbanez, Bremer, Renan Lodi, Fabinyo, Bruno Gimarayeş, Antoni, Kunya, Roberto Firmino və Rodriqoya yer verəcək.

Braziliya millisi DÇ-2022-yə hazırlıq məqsədi ilə Fransada iki yoldaşlıq oyunu keçirəcək: sentyabrın 23-də Qana, 27-də isə Tunislə.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi DÇ-2022-də G qrupunda Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti