“Fire Media”nın təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının dəstəyi və Sportinfo.az-ın informasiya dəstəyi ilə təşkil olunan "Yay Mövsümü" minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
Turnirin iştirakçıları iki qrupa bölünüb.
Püşkatmanın nəticəsinə əsasən, hər qrupda 7 komanda olmaqla, ümumilikdə 14 kollektiv çempionluq uğrunda mübarizə aparacaq.
Turnirdə “Lənkəran”, “Lerik”, “Əvilə”, “Galaxy”, MUM, “Xilə”, “Star Kargo”, “Buxar”, “Qusar Caspian”, “Young Boys”, “Bakı MFK”, “Reburn”, “Senat Group”, U-23 və “G United” iştirak edəcək.
"Yay Mövsümü" turnirinin qalibi Azərbaycanı Avropa Minifutbol Federasiyasının təşkil etdiyi və Barselonada (İspaniya) düzənlənəcək “Euro Cup” turnirində təmsil etmək hüququ qazanacaq.
Turnirin ilk oyunları 5 iyul tarixində keçiriləcək.
Yarışın maraqlı məqamlarından biri də minifutbol üzrə Azərbaycanın U-23 millisinin turnirdə iştirak etməsidir.
Gənclər yığması bu yarış çərçivəsində minifutbol üzrə Avropa çempionatına hazırlıq mərhələsini davam etdirəcək və qarşılaşmalar komandanın oyun təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
"Yay Mövsümü" minifutbol turnirinin gərgin və maraqlı mübarizə şəraitində keçəcəyi, həm yerli komandalar, həm də U-23 millisinin çıxışlarının azarkeşlərin diqqət mərkəzində olacağı gözlənilir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

