Altı yerlinin getməsi az idi, sənə də “yaxşı yol”! - RƏSMİ

01:50 Hadisə 191
Altı yerlinin getməsi az idi, sənə də “yaxşı yol”! - RƏSMİ

"İmişli" Abbas Ağazadə ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Abbas Ağazadə 2024-cü ildən "İmişli"də çıxış edirdi. O, bölgə təmsilçisində 50 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

"İmişli" yay fasiləsində Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, və Lətif Rzayevlə də yolları ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti