Rövnəq Abdullayev bu hadisəyə biganə qalmadı, zəng etdi

16 Avqust 2022 22:40 Hadisə 9 219
Rövnəq Abdullayev bu hadisəyə biganə qalmadı, zəng etdi

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərini təbrik edib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki. R.Abdullayev telefonla zəng edərək, öz təbriklərini kollektivə çatdırıb.

Yığma 3-cü yer uğrunda oyunda Əlcəzairlə görüşüb. Matçın əsas vaxtı qolsuz başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq (4:3) oynayan Azərbaycan millisi bürünc medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti