Ermənilərlə üzbəüz məşhur kənddən görüntülər: Vətən müharibəsi buradan başlamışdı... VİDEO

12 Avqust 2022 15:50 Hadisə 701
Ermənilərlə üzbəüz məşhur kənddən görüntülər: Vətən müharibəsi buradan başlamışdı... VİDEO

Bu günlərdə cəbhə xəttində işğalçı erməni silahlı dəstələrinin yaratdığı təxribat düşmənlə üz-üzə dayanan kəndlərimizdə son durumu növbəti dəfə diqqət mərkəzinə gətirir.

Bu minvalla “Yeni Müsavat”ın Gəncəbasar müxbiri İlham Məmmədov Tovuzun Ağdam kəndinə yollanıb, oradan reportaj hazırlayıb.

O, kənddəki son vəziyyəti bu cür təsvir edib:

Ağdam kəndini və burada yaşayan qəhrəman insanları təqdim etməyə elə də ehtiyac yoxdur. İllərdir erməni qəsbkarları ilə qarşı-qarşıya dayanan kənd sakinləri dövlətimizin ən çətin durumunda belə düşmənə meydan oxuyub. 2020-ci ilin iyul hadisələri isə istər kəndin, istərsə də ölkəmizin şanlı tarixinə yazılıb. Ağdamda son durum sabitdir. Kənd həyatı öz axarı ilə davam edir. Yol boyu müşahidə etdik ki, kəndin balaca sakinləri küçədə top qovur. Böyüklər isə gündəlik işləri ilə məşğuldur.

Onu da bildirək ki, Ağdam kəndi Tovuz rayonun ən səfalı guşələrindən biridir. Kənd hər tərəfdən yaşıl dağ yamacları ilə əhatə olunub. Sakinlərin gündəlik həyatı əkin-biçin və maldarlıqdır.

Uzun illər işğalçı Ermənistan ordusu bu kəndi qorxu içərisində saxlamağa çalışıb. Kənd dəfələrlə ağır silahlarla hədəf alınıb. Lakin düşmən ordumuzun gücünü gördükdən sonra daha kəndi atəşə tutmaqdan, sadə insanları hədəfə almaqdan çəkinir.

Kəndi gəzdiyimiz zaman bir həqiqəti dərk etdik. Ağdam kəndində silahlar sussa da, sağalmaz yaralarının izləri qalmaqdadır. Hər bir evdə düşmən gülləsinin izi hələ də var. Kənd sakinləri yaşanan ağır günləri acı xatirə kimi yada salırlar. Bu kənddən şəhidlərimiz də olub və onların da adı unudulmur, unudula da bilməz.

Bir önəmli faktı da vurğulamadan keçmək istəməzdim. Bu gün Ağdam kəndinin hər küçəsində, hər döngəsində ölkəmizin və qardaş Türkiyənin bayraqlarını görmək olar. Daim dalğalanan ay ulduzu düşmən də görür. Özü də hər an, hər saat hər gün.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”