"Kəpəz" üzünü Gəncədə isladıb, “Dalğa”da qırxmağa başladı - FOTOREAPORTAJ

4 İyul 2022 14:00 Hadisə 923
"Kəpəz" üzünü Gəncədə isladıb, “Dalğa”da qırxmağa başladı - FOTOREAPORTAJ

Sportinfo.az xəbər verir ki, "Kəpəz" Premyer Liqaya hazırlığın ikinci mərhələsinə başlayıb.

Komanda məşqlərə Bakıda start verib.

"Sarı-göylər" "Dalğa Arena"da hazırlıq keçirlər. Toplanış iyulun 17-nə kimi davam edəcək.

"Kəpəz"in yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən ikisi artıq məlumdur.

İyulun 10-da "Səbail", ayın 14-də "Sumqayıt" ilə qarşılaşacaqlar. Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. "Sumqayıt" ilə oyun isə rəqib meydanında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti