Klub Premyer Liqaya qayıtdı, qurban kəsildi - RAYONDAN FOTOREPORTAJ

4 İyul 2022 11:40 Hadisə 1 241
Klub Premyer Liqaya qayıtdı, qurban kəsildi - RAYONDAN FOTOREPORTAJ

Doğma stadionunda gedən təmir işləri ilə əlaqədar olaraq təlim-məşq toplanışının ilk 2 mərhələsini Bakıda həyata keçirən “Turan Tovuz” Tovuza qayıdıb.

Ayxan Abbasovun çalışdırdığı komanda dünən Tovuzda ilk məşqinə çıxıb.

Burada azarkeşlərin də hazırlıq prosesini izləməsinə şərait yaradılıb. Təbii, onlar da stadiona əliboş gəlməyib.

Fanatlar “Turan”ın 9 illik fasilədən sonra Premyer Liqaya qayıtması münasibətilə futbolçuların ayaqları altında qurban kəsib.

Trubunaya topalaşan yüzlərlə tərəfdar arenanı bayram yerinə döndərib. A.Abbasova böyük dəstək nümayiş etdirən azarkeşlər müxtəlif şüarlar səsləndirib, rəngli fişənglər yandırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş