“90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi”: Elnur Əşrəfoğlu haqda film - VİDEO

4 İyul 2022 14:20 Hadisə 482
“90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi”: Elnur Əşrəfoğlu haqda film - VİDEO

Sportinfo.az xəbər verir ki, 2021-ci ilin oktaybrında Koronavirusdan dünyasını dəyişən Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş “90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi” adlı filmin təqdimatı keçirilib.

2 iyul Beynəlxalq idman jurnalistləri günündə təqdim olunan film ölkəmizdə idman sahəsində öz sözünü deyən, bir çox layihələrin müəllifi olan, eyni zamanda 1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşən idman jurnalistinin həyatından bəhs edir.

Filmin müəllifi və rejissoru İman Məcidov bildirib ki, bu ekran işi gələcəkdə jurnalist olmaq istəyənlərə bələdçilik edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti