Qəbələdə baş verən hadisələr "Neftçi"ni çoxlu xərcə saldı

14 May 2022 00:30 Hadisə 941
Qəbələdə baş verən hadisələr "Neftçi"ni çoxlu xərcə saldı

AFFA İntizam Komitəsi "Qəbələ" və "Neftçi"ni cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna iki komanda arasında Qəbələdə baş tutan XXVI tur matçında azarkeşlərin davranışları səbəb olub.

Hər iki tərəfin fanatları kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün klublarını ayrı-ayrılıqda 4000 manat ziyana salıblar.

Bundan başqa, qonaq komandanın azarkeşləri meydana pirotexniki vasitə atdıqları üçün paytaxt təmsilçisi daha 1600 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!