Hava Limanında mllimizin məşqçilərinin başına İŞ GƏLDİ

28 Yanvar 2022 10:40 Hadisə 1 332
Hava Limanında mllimizin məşqçilərinin başına İŞ GƏLDİ

Azərbaycan millisinin məşqçiləri, nəhayət, vətənə qayıdıb.

Yanvarın 18-də Antalyadakı komandalarımızın oyunlarını izləmək üçün qardaş ölkəyə yollanan Canni de Byazinin köməkçiləri – Arif Əsədovla Benito Karbone ayın 26-da vətənə qayıtmalıydı.

Dönüş marşrutu Antalya – İstanbul – Bakı reysi üzrə nəzərdə tutulduğundan, futbol mütəxəssislərinin çətinliklə üzləşəcəyini təxmin etmişdik. Yekunda belə də olub.

Yanvarın 26-sı günorta saatlarında Antalyadan İstanbula uçan ikili bir neçə saatlıq gözləmədən sonra Bakıya yön almalıydı. Lakin İstanbuldakı hava şəraitinə görə təyyarə reyslərinin yubanması və təxirə salınması işi çətinləşdirib.

Belədə Əsədovla Karbone xeyli gözləməli olub. Bakıya yanvarın 26-sı axşamayaxın çatmalı olan məşqçilər yalnız 1 gün sonra yetişiblər. Təxminən 12-13 saatlıq yubanma ilə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti