Ronaldo hönkür-hönkür ağladığı o an... TƏSİRLİ FOTO

26 Noyabr 2021 15:40 Hadisə 690
Ronaldo hönkür-hönkür ağladığı o an... TƏSİRLİ FOTO

Kriştiano Ronaldo “Yuventus”da çıxış edərkən Çempionlar Liqasının 1/8 finalında “Porto” ilə keçirilən qarşılaşmadan sonra ağlayıb.

Sportinfo.az xəbər verir ki, həmin oyunun ilk yarısında “Yuve” 0:1 hesabı ilə məğlub olub.

Kriştiano Ronaldo fasilədə komanda yoldaşları ilə mübahisə edib, pis oynadıqlarını deyib.

Fasilədən sonra “Yuventus” 2 qol vurub və qarşılaşmanın əlavə vaxtında isə “Porto” hesaba tarazlıq gətirərək növbəti mərhələyə adlayıb.

Oyundan sonra olduqca məyus görünən Ronaldo paltardəyişmə otağında hönkür-hönkür ağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da