“Kimsə ona ayaqqabı bağışlamışdı və demişdi ki, bunu ÇL-in finalında geyinsin“

27 Oktyabr 2021 18:20 Hadisə 443
“Kimsə ona ayaqqabı bağışlamışdı və demişdi ki, bunu ÇL-in finalında geyinsin“

“Çelsi”nin futbolçusu Jorjino Çempionlar Liqasının finalından əvvəl klubun düşərgəsində yaşanan hadisə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Jorjino baş məşqçi Tomas Tuxelin kiçik sirrini açıb:

“Kimsə Tuxelə ayaqqabı bağışlamışdı və demişdi ki, bunu Çempionlar Liqasının finalında geyinsin. Tuxel isə ayaqqabını xoşlamırdı. Amma bizə bildirdi ki, söz verdiyi üçün geyinəcək.

O, təxminən belə dedi: “Bilmirəm ki, məni bu ayaqqabıda neçə milyon insan görəcək. Amma ola bilsin ki, bu ayaqqabı düşərli olacaq və biz qalib gələcəyik”.

Biz o ayaqqabılara görə onunla xeyli zarafatlaşdıq. Amma Tuxel bundan incimədi. O, bizim zarafatlarımızı xoşlayır”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var