Yeni nazir “Sportinfo”nun yaydığı xəbərə diqqət göstərdi, problemi həll etdi

22 Oktyabr 2021 14:00 Hadisə 2 481
Yeni nazir “Sportinfo”nun yaydığı xəbərə diqqət göstərdi, problemi həll etdi

Gənclər və İdman Nazirliyi (GİN) Sportinfo.az-ın ictimailəşdirdiyi və böyük rezonansla qarşılanan problemi araşdırıb.

Söhbət ondan gedir ki, AFFA-nın Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi ilə münasibətlərində soyuqluq yaranıb.

Bunun hansı səbəbdən yarandığını dəqiq bilmirik, amma fakt odur ki, federasiya GİN-in balansında fəaliyyət göstərən futbol komandalarına maliyyə dəstəyini dayandırıb.

AFFA dövlət qurumunun nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib. Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı.

AFFA-dan UĞİM təmsilçilərinə bildirilib ki, bu qərar yeni qəbul olunub və ən azı cari mövsümün sonunadək qüvvədə qalacaq.

Nəzərə çatdırılıb ki, onlar çempionatda iştirak edib-etməməkdə sərbəstdir və bundan sonra həmin məbləği nazirlikdən istəməlidirlər.

Bu açıqlamadan sonra GİN-in komandaları bir-birinin ardınca AFFA-nın bayrağı altında keçirilən yarışlardan çəkilib. Federasiyanın saytına baxsaq, yaranmış acınacaqlı mənzərəni görə bilərik.

Mövsüm yeni başlayıb, amma hər yaş qrupu üzrə çempionatda kifayət qədər texniki məğlubiyyət qeydə alınıb. AFFA eyni münasibəti Təhsil Nazirliyinin balansında olan idman mərkəzlərinin futbol komandalarına da göstərib.

Saytımızın bu mövzunu işıqlandırması yeni idman naziri Fərid Qayıbovun diqqətini çəkib. O, problemin araşdırılması və həlli üçün öz müvafiq tapşırıqlarını verib.

Bu məqsədlə bu gün GİN-də toplantı keçirilib. Bir çox mütəxəssisin iştirakı ilə təşkil olunan iclasda AFFA-nın atdığı addım müzakirə edilib.

Qərara alınıb ki, komandalar federasiyanın bayrağı altında keçirilən çempionatda çıxısını davam etdirsin.

Nazirlik təmsilçilərinin ölkə birinciliyində yarışa bilməsi üçün maliyyə ayrımağı öz üzərinə götürüb. Bütün xərclər daxili imkanlar hesabına qarşılanacaq.

Digər Xəbərlər
Xəbər Lenti