"No problem, həllini tapacağıq” deyərdi" - Elnur Əşrəfoğlu haqqında yazdılar

20 Oktyabr 2021 12:20 Hadisə 446
"No problem, həllini tapacağıq” deyərdi" - Elnur Əşrəfoğlu haqqında yazdılar

Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytı tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, sayt tanınmış jurnalistin vəfatını “Mr No Problem Passed Away” (Cənab “No Problem” vəfat etdi) başlığı ilə təqdim edib.

İJF-nin media departamenti Elnur Əşrəfoğlu haqqında “Mr No Problem” başlığına da belə aydınlıq gətirib: “O, hər zaman yumoristik idi.

Hər şeyi gülüşlə qarşılayar, istənilən məsələdə “No problem, həllini tapacağıq” deyərdi. Buna görə də onu “Mr No Problem” adlandırmaq olar. Elnur zəif insanları qorumağa çalışardı və çox səxavətli biri idi”.

Məlumatda, həmçinin Əşrəfoğlunun COVID-19-dan dünyasını dəyişdiyi bildirilib. Bundan başqa, xəbərdə Elnur Əşrəfoğlunun müsahibələri və haqqında məlumat yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti