Pullarını tələb edən oyunçuları klubun ofisində döydülər - QANLI İNSİDENT!

22 Sentyabr 00:56 Hadisə 1 097
Pullarını tələb edən oyunçuları klubun ofisində döydülər - QANLI İNSİDENT!

Özbəkistanın "Surxan" komandasının sabiq futbolçuları Javoxir Esonkulov və Akrom Xodjayev rəhbərlikdən məvaciblərini tələb etdikləri üçün döyülüblər.

Sportinfo.az xəbər verir ki, bu barədə oyunçular "podrobno.uz" saytına açıqlamasında deyiblər.

Futbolçuların sözlərinə görə, klub rəsmiləri onlara taxta dəyənəklərlə xəsarət yetiriblər. Esonkulov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Daha sonra Esonkulovun həyat yoldaşı Ruşana Mirsadıkova instaqram səhifəsində ərinin fotosunu paylaşaraq, onun fiziki təzyiqə məruz qaldığını yazıb:

"Əvvəlcə klubdan oyunçulara deyilib ki, maaşları ödəməyə hazırdırlar. Bundan sonra onlar ofisə dəvət olunublar.

Klubun ofisinə ilk olaraq Xodjayev getdiyi üçün əvvəlcə onu otağa salıblar. Futbolçunu pəncərədən atacaqları ilə bağlı hədələyiblər.

Ardınca isə ərimi döyüblər. Hadisənin ört-basdır etmək üçün onlara yeni köynəklər geyindiriblər".

Mirsadıkova klub rəhbərliyinin futbolçuların heç bir quruma müraciət etməmələri üçün onları hədələdiyini əlavə edib: "Oyunçulara deyilib ki, onsuz da heç kəs sizə kömək etməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası
17 Oktyabr 09:00 "Qarabağ"ın QİYMƏTLƏRİ
17 Oktyabr 00:28 "Beşiktaş" uduzdu - VİDEO