Futbol tarixində bu gün – Bütün ölkəni ŞOKA SALAN QALMAQAL!

20 Sentyabr 2021 18:40 Hadisə 628
Futbol tarixində bu gün – Bütün ölkəni ŞOKA SALAN QALMAQAL!

2006-cı ilin 20 sentyabrında İngiltərədə böyük qalmaqal baş verdi.

BBC-nin jurnalistlər “Panorama” proqramında ölkənin bir neçə məşqçisini rüşvət almaqda ittiham etdilər.

Söhbət bəzi məşqçilərin futbol agentləri ilə əlbir olaraq transferlərdən pul qazanmasından gedirdi. Bütün bunlar isə “Futbolun çirkli işləri” filmində faktlarla göstərildi.

Müəlliflər iddia edirdilər ki, əcnəbi futbolçuların transferləri zamanı rüşvət alınır. Qalmaqalda üç klubun – “Çelsi”, “Portsmut” və “Bolton”un adları hallanırdı.

Bu verilişdən sonra bütün ölkə bir həftə şokda oldu. Adıçəkilən klublarla rəqabət aparan komandaların azarkeşləri isə əllərini bir-birinə sürtərək sevinirdilər.

Əsas “yem” isə hakim Kunt Berqe oldu. O, mövcud olmayan amerikalı investor adından xidmətini bir neçə məşqçiyə təklif etmişdi.

Berq futbol agenti Çarlz Kollimoru da “qarmağa” keçirdə bilmişdi. Çarlz Berqə bildirmişdi ki, İngiltərədə 6-8 məşqçi tapmaq olar ki, onlara rüşvət verməklə futbolçu transfer etmək mümkün olar.

Keçmiş futbol agenti Stiven O'Nill isə filmdə bildrimişdi ki, Premyer Liqada transferlərin 80 faizi rüşvətlə gerçəkləşir.

Filimdə həmin vaxt “Portsmut”un baş məşqçisi işləyən Harri Rednapp da ittiham olunurdu. İddia edilirdi ki, o, “Blekbern”in kapitanı Endi Toddun komandasına qoşulması üçün agentə rüşvət təklif edib.

“Çelsi” isə digər klubların futbolçularını aldatmaqda ittiham olunurdu. Məsələn, “Midlsbro”nun 15 yaşlı futbolçusu Natan Porriti.

Onu da qeyd edək ki, “Çelsi”nin adı belə qalmaqallarda həmişə hallanıb.

Onlardan ən səs-küylüsü isə Joze Mourinyonun bu klubun baş məşqçisi işləyərkən “Arsenal”ın müdafiəçisi Eşli Koulla gizli danışıqlar aparmasıdır. Buna görə “Çelsi”ni 500 min funt sterlinq cərimələmişdilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!