İki yeni transfer etməyə yaxındır – Biri "Real”ın yetirməsidir

02:40 Hadisə 678
İki yeni transfer etməyə yaxındır – Biri "Real”ın yetirməsidir

Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstan "Aris"i transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi iki yeni futbolçunun keçidini tamamlamağa yaxındır.

"Sarı-qaralar" İspaniyanın "Espanyol" klubunda çıxış edən Alvaro Texero ilə müqavilə imzalayacaq.

27 yaşlı sağ cinah müdafiəçisinin bu gün tibbi yoxlanışdan keçəcəyi bildirilir. Texero "Real Madrid"in yetirməsidir.

"Aris" həmçinin İtaliya "Sassuolo"sundan Uroş Raçiçlə də razılıq əldə edib. 27 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Portuqaliyanın "Braqa" klubunda keçirib. O, Serbiya millisinin üzvüdür.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti