Bu xanım Azərbaycana bürünc qazandırdı, soyadını dəyişdi

3 Avqust 2021 22:40 Hadisə 860
Bu xanım Azərbaycana bürünc qazandırdı, soyadını dəyişdi

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir.

Onun yeni soyadı Əliyevadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Bakının Nizami rayonunda onun yoldaşının valideynləri yaşayır. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".

İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu