"Neftçi"də QANQARALDAN OLAY: "Çox üzücü xəbərdir, bizə pis təsir etdi"

22 İyul 2021 01:40 Hadisə 1 308
"Neftçi"də QANQARALDAN  OLAY: "Çox üzücü xəbərdir, bizə pis təsir etdi"

Yunanıstanda "Olimpiakos"la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərovun zədəsi ciddidir.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abvasov deyib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqları var:

"Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq".

43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.

Digər Xəbərlər
Xəbər Lenti