Yunan azarkeşlər Samir Abasova hücum çəkdi - İNSİDENT

21 İyul 2021 23:50 Hadisə 2 247
Yunan azarkeşlər Samir Abasova hücum çəkdi - İNSİDENT

Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda insident baş verib.

Sportinfo.az xəbər verir ki, 41-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident yaşanıb.

Bu, 43 yaşlı mütəxəssisin referinin qərarına etirazını bildirməsindən sonra gerçəkləşib. Fanatlar Abasova söz ataraq onu təxribata çəkiblər.

Baş məşqçi isə onlara eyni tərzdə cavab verməyi lazım bilib. Nəticədə azarkeşlər trbiunadan onun olduğu ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, daha sərt formada narazılıq ediblər.

Məsələyə referi müdaxilə edərək, tərəfləri sakitləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"