“Bizim 1/8 final mərhələsinə yüksələcəyimizə inanmırdılar”

23 İyun 2021 12:30 Hadisə 435
“Bizim 1/8 final mərhələsinə yüksələcəyimizə inanmırdılar”

Avstriya milli komandasının futbolçusu Marko Arnautoviç AÇ-2020-nin 1/8 finalına vəsiqə qazanmaları ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu, insanların onlara inanmadıqlarını deyib:

“Bizim 1/8 final mərhələsinə yüksələcəyimizə inanmırdılar. Bizə hər zaman şübhə ilə yanaşırdılar. Avstriya yığmasına şübhə ilə yanaşmağa ehtiyac yoxdur. Hər kəs qazanmaq istəyirdi, bütün komanda möhtəşəm oyun keçirdi”.

Avstriya yığması AÇ-2020-nin C qrupunu 2-ci sırada bitirib və 1/8 finala yüksəlib. Milli bu mərhələdə A qrupunun lideri İtaliya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti