COP29

Məşhur futbolçu toy öncəsi gündəmə gəldi: Sevgilisinin gözlərini... FOTOLAR

16 İyun 02:40 Hadisə 1 121
Məşhur futbolçu toy öncəsi gündəmə gəldi: Sevgilisinin gözlərini... FOTOLAR

"Roma"nın və Argentina millisinin yarımmüdafiəçisi Dibala sol əlinin arxasına nişanlısı Oriana Sabatininin gözlərini döymə etdirib.

Sportinfo.az xəbər verir ki, Dibala və Sabatini 2018-ci ildən münasibətdədirlər. Onların toyu bu il iyulun 20-ə planlaşdırılıb.

Oriana 90-cı illərin sonlarında məşhur olan argentinalı aktyorlar Osvaldo Sabatininin və Ketrin Fulopun qızıdır.

Qız valideynlərinin izi ilə gedib və özünü kinoda sınayır. Televiziya karyerası ilə yanaşı, 24 yaşlı Oriana mahnı yazdırır və model kimi fəaliyyət göstərir.

Cütlük sosial şəbəkələrdə tanış olublar. Sonra futbolçu qızın Buenos-Ayresdəki konsertinə gedib və aşiq olub.

2022-ci il Dünya Kubokundan sonra Paolo və Oriana münasibətlərin yeni səviyyəsinə keçiblər. Onlar bir-birlərini valideynləri ilə tanış ediblər və Turində birlikdə yaşamağa başlayıblar.

Oriana Sabatini - Oriana Sabatini şəkil №1198845

O, harada oynamalı olduğunu seçir. Paulo Dibalanın tələbkar sevgilisi - RİA Novosti Sport, 08/07/2019

Model və aktrisa Oriana Sabatini

Digər Xəbərlər
Xəbər Lenti