“Neftçi”nin prezidentinə istehza etdi: “Kamran Quliyev Messi tituluna layiq biridir”

20 İyun 2021 20:20 Hadisə 1 324
“Neftçi”nin prezidentinə istehza etdi: “Kamran Quliyev Messi tituluna layiq biridir”

“Neftçi”nin prezidenti Kamran Quliyevin adının rəsmi qeydiyyat sistemlərində futbolçu kimi göstərildiyini və aylıq məvacibinin 10105 manat olduğunu xəbər vermişdik.

Klub sektorunda belə halların baş verməsi mümkündürmü və bu 10105 manatlıq məvacib günümüzün şərtlərinə görə həddindən artıq çox deyilmi?

Bu suallarla daha əvvəl “Turan Tovuz” klubunda icraçı direktor kimi çalışmış Yaşar Sultanova müraciət etdik.

Sportinfo.az xəbər verir ki, komanda.az-a açıqlama verən Sultanov bunları deyib:

“Yeni mövsümdə “Neftçi”nin və ya millinin heyətində çox dəyərli bir futbolçunun, aylıq məvacibi Avropa standartlarına uyğun olan Kamran Quliyevin meydana çıxıb bizi sevindirməsinə təəccüblənmərəm.

Məndə təəssürat yaranıb ki, Kamran Quliyev Lionel Messi tituluna layiq biridir.

Üç il klubda rəhbər vəzifələrdən birində işlədim. Bir dəfə belə, hansısa qələbəyə görə 100 dollar mükafat almamışam. İnanılmaz faktlardır, inana bilmirəm.

Açığı, buna nə cür cavab verə biləcəyimi bilmirəm. Absurd bir şeylərdir. Düzü, belə bir halın olması məndə şübhə yaradır. Belə bir şeyin olması inandırıcı gəlmir”.

Digər Xəbərlər
Xəbər Lenti