Çempionatların ən sürətli avtoqolu AVRO-2020-də - FOTO

15 İyun 2021 11:30 Hadisə 558
Çempionatların ən sürətli avtoqolu AVRO-2020-də - FOTO

Polşa millisinin qapıçısı Voyçex Şesnı Avropa çempionatları tarixində ən sürətli avtoqolun müəllifi olub.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper AVRO-2020-nin qrup mərhələsinin I turunda Slovakiya ilə görüşün 18-ci dəqiqəsində topu öz qapısından keçirib.

Robert Makın cərimə meydançası daxilindən zərbəsindən sonra top yaxın küncdə dirəkdən qayıdıb Şesnıya dəyərək, tora düşüb. UEFA bunu avtoqol kimi qeydə alıb.

Bu, Slovakiya millisinin 1:0 hesabı ilə önə keçməsinə səbəb olub. Şesnı həm də Avropa çempionatlarında avtoqol müəllifi olan ilk qapıçı kimi tarixə düşüb.

AVRO-2020-nin ilk avtoqoluna İtaliya ilə açılış matçında Türkiyə yığmasının müdafiəçisi Merih Demiral imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!