
“Mən bu əxlaqsız tipə (Nikol Paşinyanı nəzərdə tutur-red.) 24 saat vaxt verirəm.
Ya o, mənimlə bağlı faktları ortaya qoymalıdır, ya da mən onun özü və ailəsi haqında elə şeyləri açıqlayaram ki, hər kəs üzünə tüpürər”.
Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan deyib.
Erməni mətbuatında Serj Sərkisyanın Avropa şəhərlərindəki kazinolarda 70 milyon avro pul uduzduğu barədə xəbərlər yazılıb.
Sərkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın əlində xüsusi xidmət orqanlarının olduğunu, ona görə onun boş danışdığını söyləyib:
“Badendə kazinodan çox muzey var. Yüzlərlə insan mənim qumarxanalardan qaçdığımı təsdiq edə bilər” - deyə, o qeyd edib.
Serj Sərkisyan Monakoda sonuncu dəfə 15 il qabaq olduğunu, bunu asanlıqla yoxlaya biləcəklərini söyləyib.