Rusiya və Türkiyə Qarabağda bu işlərlə bağlı razılığa gəldi

10 İyun 02:10 Hadisə 1 681
Rusiya və Türkiyə Qarabağda bu işlərlə bağlı razılığa gəldi

“Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəzin fəaliyyətini yüksək qiymətləndirdilər”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Türkiyə nazirlərarası məsləhətləşmələrin nəticələrindən sonra yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Cənubi Qafqaz, Ukrayna və Orta Asiyadakı mövcud vəziyyətin müzakirəsi kontekstində bu bölgələrdə sülhün və sabitliyin möhkəmləndirilməsi mənafeyi naminə səylərin bundan sonra da koordinasiyası üçün qarşılıqlı meylin olduğu vurğulanıb.

"Dağlıq Qarabağ Münaqişə Zolağındakı Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə yüksək qiymət verildi. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üzərində işlərin davam etdirilməsi barədə razılığa gəlindi”, - deyə məlumatda bildirilir

Məsləhətləşmələr zamanı Suriya, Dağlıq Qarabağ, Fələstin-İsrail və digər regional böhranların həllində beynəlxalq yardım məsələləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüquq normaları əsasında böhranların nizamlanmasının siyasi aspektləri nəzərdən keçirilib.

Məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya tərəfindən isə XİN başçısının müavinləri Sergey Verşinin, Aleksandr Qruşko və Andrey Rudenko arasında keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti