Onu harada və kimlər görə bilər? - FOTOLAR

7 May 2021 14:20 Hadisə 1 003
Onu harada və kimlər görə bilər? - FOTOLAR

İyunun 11-də Romada start götürəcək Avropa çempionatının əsas mükafatı olan “Anri Delone” kuboku Avropanı səyahətə çıxıb.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdən sonra baş mükafatın ikinci dayanacağı Bakı şəhəridir.

Kubok artıq Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Atəşgah Məbədi, Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunda olub.

Kubok turu bu gün də davam edəcək və bir neçə saat ərzində Bakının mərkəzi küçələrində yerli sakinlərə təqdim olunacaq.

Turun əsas məqsədi ictimaiyyəti kubokla tanış etmək və AVRO həyəcanını Bakı küçələrinə yaymaqdır. Kuboku turnirin rəsmi maskotu Skillzy və digər personajlar müşayiət edəcək.

Kubok Turu Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagendə davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu