Premyer Liqa klubunun azarkeşi polislər tərəfindən döyüldü - VİDEO

4 May 2021 02:24 Hadisə 769
Premyer Liqa klubunun azarkeşi polislər tərəfindən döyüldü - VİDEO

İngiltərədə "Mançester Yunayted" komandasının azarkeşlərinin klub rəhbərliyinə qarşı aksiyası zamanı yerli polislərin onlarla davranışı ölkə gündəmini zəbt edib.

Sportinfo.az xəbər verir ki, hər şey hüquq-mühafizə orqanları əməkdaşlarının fanatlardan birini küçə ilə sürüdüyü videonun sosial şəbəkələrdə yayılmasından sonra üzə çıxıb.

Görüntülərdə bir neçə polisin tərəfdarla kobud rəftarı və onu döyməsi açıq-aşkar görünür. İnsident bununla da yekunlaşmayıb. Polislər fanatın döyülməsini lentə alan jurnalistlərdən həmin görüntüləri silməyi tələb ediblər.

Azarkeşlərin çaxnaşma törətməsi səbəbindən XXXIV turun "Mançester Yunayted" - "Liverpul" oyunu təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?