Ombudsman Aparatı ilə UNICEF arasında əməkdaşlığa dair Cari İş Planı imzalandı

23 Aprel 2021 15:10 Hadisə 321
Ombudsman Aparatı ilə UNICEF arasında əməkdaşlığa dair Cari İş Planı imzalandı

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib.

Görüşdə Ombudsman təsisatı ilə UNICEF-in ölkə nümayəndəliyi arasında 2020-ci ildə imzalanmış birgə fəaliyyət planına əsasən həyata keçirilmiş tədbirlər barədə müzakirə aparılıb, nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu qeyd olunub.

Ombudsman Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən işlər barədə məlumat verib, bu sahədə əməkdaşlığa görə UNICEF nümayəndəsinə təşəkkürünü bildirib.

Ombudsman qeyd edib ki, COVID-19 pandemiyası ilə bağlı uşaqlarən çox risk altında olan qruplardan olduğundan bu dövr ərzində onların səhhəti ilə yanaşı, təhsili və gələcək həyata hazırlıq vəziyyəti mühüm əhəmiyyət kəsb edir.

Görülmüş işlərin müzakirəsi zamanı Ombudsmanın vahid 916 Çağrı Mərkəzinin yaradılmasının da pandemiya dövründə müraciətlərin daha sürətli qəbulu və operativ reaksiya verilməsi baxımından mühüm rola malik olduğu qeyd edilib.

Görüşdə Ombudsman Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində pandemiya dövründə uşaq müəssisələrinin monitorinqinin aparılması ilə bağlı qonağı məlumatlandırıb. Ombudsman ötən ildən monitorinqlərə sosial işçi və hüquqşünas mütəxəssisin cəlb edilməsinin bir yenilik kimi bu fəaliyyətin səmərəliliyinə töhfə verdiyini qeyd edib.

Ombudsman həmçinin BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası üzrə müstəqil monitorinq mexanizmi kimi fəaliyyətin də inkişaf etdirildiyini, Aparatda Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə bölmənin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə ölkədə qanunla ziddiyyətdə olan uşaqların hüquqlarının təmini vəziyyətinə dair əlavə hesabatların hazırlanması, həmçinin Ombudsmanla bağlı məlumatlılığın artırılması sahəsində əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər səsləndirilib.

Edvard Karvardin Ombudsmana öz təşəkkürünü bildirərək, təmsil etdiyi qurumun müzakirə edilən istiqamətlərdə gələcək əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Yekunda Ombudsman Aparatı ilə UNICEF arasında 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində 2021-2022-ci illər üçün Cari İş Planı imzalanıb və qarşıda duran vəzifələr müzakirə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"