“Bizim başqa tələbimiz yoxdur, Paşinyan bura gəlsin və cavab versin!”

15 Aprel 2021 09:30 Hadisə 431
“Bizim başqa tələbimiz yoxdur, Paşinyan bura gəlsin və cavab versin!”

Ermənistanın Şirak vilayətinin administrasiyası Qarabağda itkin düşənlərin valideynlərinin mühasirəsindədir.

Sportinfo.az xəbər verir ki, aprelun 13-ü, səhər saatlarından başlayan aksiya hazırda da davam edir.

Gümrü şəhərindəki administrasiya binasına daxil olaraq, giriş-çıxışı bağlayan etirazçılar buradaca gecələyiblər. Polisin hadisə yerinə cəlb olunmasına və hakimiyyət nümayəndələrinin təşəbbüslərinə baxmayaraq, valideynlər geri çəkilmək niyyətində olmadıqlarını bildiriblər.

Etirazçilar administrasiyada işləyən qadınların iş yerindən çıxıb evlərinə getməsinə imkan yaratsalar da, kişilərin binanı tərk etməsinə imkan verilməyib.

Ancaq aksiya iştirakçılarından biri iddia edib ki, kişiləri burada zorla saxlamayıblar, onlar könüllü qalıblar. Məlumata görə, qubernator Ovanes Arutyunyan da gecəni administrasiya binasında keçirib.

Onun binadan çıxmaq cəhdi etirazlara səbəb olub və polislə toqquşma yaranıb. Tələbsə dəyişməyib: etirazçılar baş nazir Nikol Paşinyanla görüş və Şirakdan olan “hərbi əsirlər” məsələsinin həllini tələb edirlər.

“Bizim başqa tələbimiz yoxdur, uşaqlarımızın qaytarılmasını və ali baş komandanın bura gəlib bizə cavab verməsini tələb edirik. O gələnədək biz vilayət administrasiyasını bloklayacağıq”, - etirazçılardan biri bəyan edib.

Digər Xəbərlər
Xəbər Lenti