
"Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” yeni ev formasını təqdim edib.
Sportinfo.az xəbər verir ki, 2025/26 mövsümü üçün nəzərdə tutulmuş geyim "Adidas" şirkəti tərəfindən hazırlanıb.
Split təmsilçisi yeni formadan ilk dəfə "Zirə" ilə oyunda istifadə edəcək.
"Zirə" "Hayduk"la ilk görüşünü iyulun 23-də evdə, cavab oyununu iyulun 31-də Xorvatiyada keçirəcək.