Yığmanın keçmiş qapıçısı bu maşınla adam öldürdü - FOTO

28 Fevral 2021 10:40 Hadisə 929
Yığmanın keçmiş qapıçısı bu maşınla adam öldürdü - FOTO

Argentina millisinin keçmiş qapıçısını ABŞ-ın Şimali Karolina ştatının həbsxana cəzası gözləyir.

Sportinfo.az xəbər verir ki, sabiq qolkiper avtomobili ilə adam vurub, nəticədə 56 yaşlı Xuan Riveroi yerindəcə keçinib.

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar aparırlar. 47 yaşlı keçmiş qapıçıya qarşı cinayət işi qaldırılıb.

Pablo Kavalyero 1996 - 2006-cı illərdə Argentina yığmasında 26 oyun keçirib. O, Argentinanın "Veles Sarsfild" və "Union" (Santa-Fe), İspaniyanın "Espanyol", "Selta" və "Levante", həmçinin Uruqvayın "Penyarol" komandalarının formasını geyinib.

Kavalyero millinin heyətində 2004-cü il Amerika Kubokunun gümüş medalını qazanıb. Hazırda o, "Veles Sarsfild"in idman direktorudur.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda