Azərbaycandan ayrıldı, qızlarla əyləndi, klubu rüsvay etdi - FOTOLAR

18 Yanvar 2021 00:42 Hadisə 1 416
Azərbaycandan ayrıldı, qızlarla əyləndi, klubu rüsvay etdi - FOTOLAR

Buxarest "Dinamo"da çıxış edən Maqaye Qeye cakkuzidə qızlarla əylənib və şampan içib.

Sportinfo.az xəbər verir ki, bu hərəkətinin görüntüləri sosial şəbəklərdə yayılandan sonra klub rəhbərliyi Fransa əsilli futbolçunu komandadan kənarlaşdırmaq istəyir.

Buxarest təmsilçisinin əfsanəsi Florentin Petr bu barədə əsəbləşərək Qeyenin "Dinamo"dan qovulmalı olduğunu açıqlayıb:

"Geyenin elədiyi şok edicidir. Azad olanda istədiyini edə bilərsən. Burda məsələ "Dinamo"nun tarixinə hörmətsizlik edib lağ etməkdir.

O cəzalandırılmalı və gəldiyi yerə geri qayıtmalıdır. Ölkədən qovulmalıdır! "Dinamo"ya pul qoyan bütün tərəfdarları ələ saldı. O, azarkeşlərin pullarını yedi.

Alkoqolun təsiri altındadır. Onu bu komandaya gələndən bəri tanıyıram. Futbolçudan çox reqbi oyunçusu kimidir. Qeye "Dinamo"ya özünə ad-san və pul qazanmaq üçün gəlib".

Maqaye Qeye "Qarabağ"dan yayda ayrılmışdı. Ağdam təmsilçisinin heyətində 5 çempionatda, 3-ü avrokuboklarda olmaqla ümumilikdə 11 dəfə fərqlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!